AZ

Azərbaycan millisinin sabiq futbolçusu həbs edildi

Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs edilib.

Abatsiyev xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Məlum olub ki, özünü “Mosenergosbyt” və “FSB” əməkdaşları kimi təqdim edən fırıldaqçılar təqaüdçünün 14 milyon rubl pulunu dələduzluq yolu ilə ələ keçirib. Həmin zaman Abatsiyevin pulu götürən kuryer olduğu ehtimal olunur.

Təqsiri sübuta yetiriləcəyi təqdirdə keçmiş futbolçunu 10 ilə qədər həbs cəzası gözləyir.

Seçilən
45
9
tribunainfo.az

10Mənbələr