AZ

Ədalət Verdiyevin məhkəməsi başlayıb

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.

Herbiand.az xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar verilib. Buna səbəb olaraq cinayət işində dövlət sirrini təşkil edən məlumatların olması göstərilib.

Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası martın 19-na təyin olunub.

Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

APA

Seçilən
123
11
herbiand.az

10Mənbələr