AZ

Filippində itən təyyarə tapıldı

Filippində dünən itən döyüş təyyarəsinin qalıqları və onun iki pilotunun cəsədi tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Bukidnon şəhərinə göndərilən Filippinin FA-50 döyüş təyyarəsi ilə dünən axşam əlaqə kəsilib.

Bölgəyə göndərilən axtarış-xilasetmə qrupları döyüş təyyarəsinin qalıqlarını və iki pilotunun cəsədini Kalatunqan dağındakı meşəlik ərazidə tapıb.

Seçilən
25
operativmm.az

1Mənbələr