AZ

Xalq artisti doğum günündə anasını itirdi

Məni dünyaya gətirən insan doğum günümdə rəhmətə getdi.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib.

O bildirib ki, anası Xalidə Quliyeva 87 yaşında dünyasını dəyişib:

“Anam 6 ay öncə yıxılıb, omba sümüyünü sındırmışdı. Həm də şəkərli diabet xəstəsi idi. Yıxıldıqdan sonra da yataq xəstəsi oldu, şəkəri də artdı. Dünən komaya düşmüşdü. Təxminən bir sutka komada qaldı. Bu gün səhər saatlarında dünyasını dəyişdi”.

Seçilən
17
2
axar.az

3Mənbələr