AZ

Azərbaycanlı akademik nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatına layiq görülüb

Bakı, 5 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev dünyada məşhur “Elsevier” nəşriyyatının aparıcı jurnalı (“Archives of Biochemistry and Biophysics”) tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, o, 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya rəy verməklə həmin jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.

Jurnal biokimya və biofizikanın inkişaf etməkdə olan sahələrində keyfiyyətli orijinal məqalələr və rəylər dərc edir. “Journal Citation Reports”a əsasən, Q1 kateqoriyalı jurnalın impakt faktoru 3.391-ə bərabərdir.

Seçilən
13
azertag.az

1Mənbələr