Bakı, TurkicWorld
Fransada parlamentə təqdim edilən idman yarışlarında dini simvolların qadağan edilməsi qanunu müsəlman qadınların sosial həyata və idmana çıxışına ciddi maneələr yaradacağı ilə bağlı narahatlıqlara səbəb olub.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Khlass Les Cliches təşəbbüsünün qurucusu Rani Belkhy bu qərarın əsas hədəfinin hicablı qadınlar olduğunu bildirib.
2004-cü ildə dövlət işçiləri üçün tətbiq edilən hicab qadağası illər ərzində təhsil müəssisələrinə, peşəkar və həvəskar idman yarışlarına da şamil edilib. Bu yaxınlarda Senatda təsdiqlənən yeni qanun layihəsi isə hicab taxan qadınların həvəskar idmanda iştirakını da məhdudlaşdıracaq.
Belkhy verdiyi açıqlamada bu qadağanın müsəlman qadınların ictimai görünürlüğünü hədəf aldığını və onların həyatına ciddi təsir göstərəcəyini vurğulayıb.
"Müsəlman qadınlar Fransada daim ayrı-seçkiliyin mərkəzindədirlər. Hicab qadağası dini azadlıqlara mane olur və idmana çıxışı məhdudlaşdırır. Biz xaç taxan və ya kipa geyinən idmançılara eyni münasibətin göstərildiyini görmürük", – deyə o qeyd edib.
Bundan əlavə, Belkhy xatırladıb ki, Fransa, Olimpiya Oyunlarında hicabı qadağan edən yeganə ölkədir.
Fransada idman yarışlarında hicab qadağası rəsmi təsdiqlənib
İslamofob Makrondan növbəti addım – olimpiadada hicab qadağası
Qeyd edək ki, Fransada hicabla bağlı məhdudiyyətlər illər ərzində genişlənib. 2004-cü ildiə dövlət işçiləri və məktəb şagirdləri üçün hicab qadağan edilib. 2010-cu ildə İctimai yerlərdə tam örtünmə qadağası tətbiq olunub, pozanlara 1500 avro cərimə təyin edilib. 2024-cü ildə isə Senat idman yarışlarında hicabı qadağan edən qanunu təsdiqlənib Bu qanunun qüvvəyə minməsi üçün parlamentin aşağı palatası tərəfindən təsdiqlənməsi tələb olunur.
Belkhy bu məhdudiyyətlərin hicablı qadınların ictimai həyat və idman sahələrində iştirakına maneə yaratdığını və azadlıqlarını məhdudlaşdırdığını bildirib.
Fransada islamofobiya artmağa davam edir