ABŞ Prezidenti Donald Tramp konqresdə polis məmurlarını öldürənlərə edam cəzası nəzərdə tutan sərəncam imzaladığını açıqlayıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Trampın 2025-ci il yanvarın 21-də imzaladığı digər sərəncamla ölüm cəzasının əhatə dairəsi genişləndirilib.
Həmçinin, ağır cinayətlər törədən qeyri-qanuni mühacirlər də edam edilə bilər. Sərəncam Ədliyyə Departamentinə edamların icrası üçün ölümcül inyeksiya preparatlarını təmin etmək və bəzi hallarda ölüm cəzası tələb etmək səlahiyyəti verir.
Fidan Hacızadə