AZ

Yeni dünya nizamı Rusiyanın Ukraynaya qarşı işğalı fonunda dəyişdi

ABŞ oturuşmuş ənənəvi xarici siyasət strategiyasından imtina edir. ABŞ bir qütblü dünyadan imtina edərək, Rusiyanın da fövqəl dövlət statusunu tanımaq kimi planı var. Məhz ABŞRusiyanın işğalına məruz qalan Ukraynanı dəstəkləməkdən imtina edərək, Rusiya ilə eyni masada oturur. Demək olar ki, NATO de-fakto çökür. Həmçinin ABŞ və Avropa arasında təhlükəsiz bağları qopur.

Avropa ölkələri Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında ciddi sövdələşməyə imkan verməməyə çalışır. Böyük Britaniya baş naziri, Fransa və Ukrayna prezidentlərinin Vaşinqtona səfəri gözlənilir. ABŞ Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalasa da, Rusiyanın işğal etdiyi ərazilərdən çəkilməsi məsələsini qaldırmayacaq.

ABŞ və Rusiya razılaşması var. Və razılaşma Avropa və Ukraynanın maraqlarina uyğun deyil. Azərbaycan mövcud siyasi, hərbi təhlükəsizlik problemlərini neytrallaşdırmaq üçün addımlar atır. Pakistanla hərbi müstəvidə əməkdaşlıq, Türkiyə ilə bütün spketrlərdə əlaqələri inkişaf etdirməklə mövcud təhlükələrdən yayınmaq istiqamətində addımlar atır. Prezident İlham Əliyevin Türkiyəyə səfəri və Pakistana gözlənilən səfər ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Seçilən
33
visiontv.az

1Mənbələr