Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlara hazır olduğu barədə bəyanatını alqışlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Kremldən verilən açıqlamada danışıqların necə baş tutacağı ilə bağlı qeyri-müəyyən məsələlərin olduğu qeyd olunub: “Bunun necə baş verəcəyi bəlli deyil, çünki Ukraynada Rusiya ilə danışıqlara qadağa qoyulub”.
Kreml, həmçinin Rusiyanın ABŞ və İran arasında nüvə danışıqlarında vasitəçilik etməsi ilə bağlı iddialarını təsdiqləyib.
"Biz ABŞ-la İran məsələsini müzakirə edirik. İran bizim tərəfdaşımızdır və Rusiya nüvə proqramı probleminin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır", - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.