AZ

Kristian Avram Norveç yığması ilə oyuna dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində martın 22-də Kişinyovdakı Zimbru stadionunda Norveç yığması ilə qarşılaşacaq Moldova millisinin heyəti açıqlanıb. Avram da bu oyun üçün ölkəsinin millisinə dəvət alıb. Təcrübəli qolkiper baş məşqçinin şans verəcəyi təqdirdə Norveçə qarşı forma geyinə biləcək.

Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 11 oyuna çıxıb. O, bu oyunlarda 18 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 63 oyuna 64 qol buraxıb, 22 “quru” matç keçirib.

Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.

Seçilən
62
arena.az

1Mənbələr