AZ

Tatu etdirənlərə pis xəbər: görün hansı fəsadlara yol açır

Danimarkanın və Finlandiyanın Helsinki Universitetinin elm adamları döymə mürəkkəbinin bədənə təsirini araşdırmaq üçün təxminən 5900 əkizin sağlamlıq məlumatlarını araşdırıblar.

Publika.az xəbər verir ki, genetik fərqləri minimuma endirmək üçün əkizlər üzərində araşdırma aparan tədqiqatçılar döymələri olan insanların heç bir döyməsi olmayanlara nisbətən dəri xərçənginə tutulma riskinin 1,62 dəfə daha yüksək olduğunu müəyyən ediblər.

Tədqiqatçılar, həmçinin döymə ölçüsü ilə xərçəng riski arasındakı əlaqəni araşdırıblar. Mürəkkəb rənginin xərçəng inkişafı ilə birbaşa əlaqəsinin olmadığı məlum olub.

Onların sözlərinə görə, döymə mürəkkəbindəki kiçik hissəciklər qan dövranına daxil olub limfa düyünlərində toplana bilər. Bu da immunitet sistemini gərginləşdirir və xərçəng riskini artırır.

Seçilən
27
2
publika.az

1Mənbələr