Dünən İranın rabitə nazirinin müavini Behzad Əkbəri sosial media hesabında paylaşım edərək, ölkə internet kəsintisinin səbəbini açıqlayıb.
“Gürcüstan-Ermənistan sərhədində optik lif kabelinin qırılması səbəbindən ölkənin böyük miqdarda internet tutumu kəsilib. Yaranmış narahatlığa görə üzr istəyirik. Əməkdaşlar problemin həlli üzərində işləyirlər”, - deyə, nazir müavini vurğulayıb.
Qeyd edək ki, İran dünyanın ən məhdudlaşdırıcı internet senzura sistemlərindən birinə sahib olması ilə tanınır. İslam Respublikası internet saytları və onlayn xidmətlər də daxil olmaqla internetin 70%-ə çıxışı bloklayıb.
visiontv.az