AZ

Ceyhun Mirzəyevin anım günü

Ceyhun

Ceyhun Mirzəyev, 9 apreldə 1946-cı ildə Bakıda dünyaya gəlib. Əsli Ağdamın Abdal-Gülablı kəndindən olan Mirzəyev, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Moskvada da təhsil alıb. Onun 48 illik həyatının böyük hissəsi kinoya həsr olunub. 11 yaşında "Görüş" filmindəki Şıxəlinin oğlu obrazı ilə kino dünyasına daxil olub, 12 yaşında isə "Ögey Ana" filmində çəkilmək üçün təklif alıb.Ceyhun Mirzəyev müxtəlif peşələrdə çalışıb: kino rejissoru, aktyor, rejissor köməkçisi və hətta "Mozalan" kinojurnalının bədii rəhbəri olub. Bu jurnal üçün yazdığı parodiyalar və çəkdiyi süjetlərlə özünü bir daha tanıdıb. Həmçinin, "Mozalan"ın başlığındakı məşhur vızıltı səsi də ona məxsusdur.Onun son filmi "Fəryad" olub, amma o, bu filmi görə bilməyib. Aktyor çəkilişlər zamanı özünü pis hiss edərək evə gedib və orada amansız xəstəlikdən həyatını itirib. "Ögey ana" və "Fəryad" filmlərindəki İsmayıl obrazları ilə yaddaşlarda qalaraq böyük izlər buraxıb.Ceyhun Mirzəyev 1993-cü il martın 5-də vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. "Fəryad" filmi ilə "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb. Onun kino sahəsindəki əvəzsiz xidmətləri və parlaq istedadı Azərbaycan kino tarixində silinməz izlər buraxıb.

Diqqət Çəkənlər

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib

Türkiyə və Azərbaycan arasında təbii qaz sazişi təsdiqlənib

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri işdən çıxarılıb

Seçilən
30
ulusum.az

1Mənbələr