Azərbaycanın 2 futbolçusu bu gün Türkiyə I liqasında XXVIII turun oyununda görüşüblər.
Offsideplus.az xəbər verir ki, Çoşqun Diniyevin formasını geyindiyi "Çorum" doğma divarlar arasında Vüsal İsgəndərlinin yer aldığı "Boluspor"u sınağa çəkir.
Oyun Bakı vaxtı ilə saat 17-də start götürəcək
Təəssüf ki, həmvətənlərimizdən heç biri start heyətə düşə bilməyib. Onların görüşü hələlik isinmə hərəkətləri zamanı mümkün olub. Həm Çoşqun, həm də Vüsal ehtiyatda oyunçular skamyasında oturub.
Türkiyə Superliqasına vəsiqə uğrunda yarışan sözügedən komandalar turnir cədvəlində bir-birindən o qədər də uzaq deyil. "Çorum" 39 xalla 9-cu, "Boluspor" isə 38 xalla 11-ci sırada qərarlaşıb.
Xatırladaq ki, yığmamızın da şərəfini qoruyan C.Diniyev "Çorum"a bu ilin fevralında transfer olunub. O, yeni komandasında 4 matçda 2 qol vurub. Vüsal İsgəndərli isə ötən ilin yayından çıxış etdiyi "Boluspor"da 15 oyunda 1 dəfə fərqlənib. Həməvətənimiz yeganə qolu bir müddət öncə Türkiyə Kuboku uğrunda yarışda "Qalatasaray"ın qapısından keçirib.
Türkiyə I Liqası, XXVIII tur
"Çorum" - "Boluspor"