AZ

PSJ “Bavariya”nın futbolçusuna təklif göndərir

“Bavariya”nın futbolçusu Coşua Kimmix karyerasını PSJ-də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu yay transfer pəncərəsində Münhen təmsilçisinin yarımmüdafiəçisinə təklif göndərəcək. 30 yaşlı futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Fevralın sonunda “Bavariya”nın oyunçu ilə müqavilə uzatmayacağı bildirib. Kimmix bu mövsüm Bundesliqada 23 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

Seçilən
19
idmanxeber.az

1Mənbələr