AZ

İran Suriyada yeni proksi qüvvə yaradıb – Məqsəd nədir?

İranın Suriyada "İslami Dirəniş" adı altında yeni bir silahlı qrup qurduğu ortaya çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

İsrailmətbuatınagörə, buqrupunrəmzləri İran İnqilabKeşikçiləriOrdusu (IRGC) və Hizbullahı xatırladır və bu, qrupunbirbaşaTehrantərəfindəndəstəkləndiyinigöstərir. QrupetdiyiaçıqlamadaSuriyanınbütüncəmiyyətlərinitəmsiletdiyiniiddiaedərək, ölkənimüdafiə missiyasını üzərinə götürdüyünü bildirib.

Ancaq ən diqqət çəkən məqam bu qrupun yaradılma səbəbləri arasında dekabr ayında üsyançıların Əsəd rejimini zəiflətməsi göstərilməsidir. Mütəxəssislərə görə, İran Əsəd rejiminin çöküşündən sonra Suriyada yeni bir qüvvə yaradaraq öz təsirini gücləndirmək istəyir.

Xatırladaq ki, ötən aylarda, İran İnqilab Keşikçiləri komandirləri və devrilmiş Əsəd rejimi komandanları, Nəcəf şəhərində gizli bir görüş keçirərək Şama qarşı zərbə planlarını müzakirə ediblər. Sızan məlumatlara görə, bu xəyanət planına PKK, DEAŞ, Haşdi Şabi və Hizbullah kimi terror təşkilatlarının dəstək verməsi hədəflənib.

Nəcəf toplantısında diqqət çəkən başqa bir məsələ isə, Suriya Prezidenti Əhməd Şaraya qarşı sui-qəsd planı idi. İran kəşfiyyatı, bu əməliyyat üçün daxili casuslar tapmağı və DEAŞ terror təşkilatını istifadə etməyi planlaşdırır. Həmçinin, Ləziqiya və Tartus kimi bölgələrdə silah və sursat anbarları qurulduğu, üsyana hazırlıq görüldiyi də ortaya çıxıb.

“AzPolitika.info”

Seçilən
59
azpolitika.info

1Mənbələr