2025-ci il ərzində bir çox sosial müavinətlərin və təqaüdlərin artırılması gözlənilir. Bu istiqamətdə ölkə başçısı ötən ilin dekabrında müvafiq sərəncam imzalayıb. Əsas sual doğuran məsələ anadangəlmə əlilliyi olan şəxslərin müavinətləri ilə bağlıdır. Ötən il bir çox müavinətlərdə artımlar müşahidə edilsə də, bu müavinət artırılmayıb.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan deputat Vüqar Bayramov ildirib ki, Nazirlər Kabineti bu mövzuda təkliflərini mart ayının ikinci yarısında ölkə başçısına təqdim edəcək:
“Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti həmin sənəd imzalandıqdan sonrakı 3 ay müddətdə təkliflərini dövlət başçısına təqdim etməlidir. Yəni bu o deməkdir ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabineti martın ikinci yarısında təkliflərini Prezidentə təqdim edəcək. Daha sonra sənəd imzalanır, sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçirilir".
Nazim Hacıyev
Telegram kanalımız