AZ

Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək

ABŞ Prezidenti Donald Tramp martın 7-də Ağ Evdə keçiriləcək ilk "kriptosammit"də Birləşmiş Ştatlarda bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib.

"Prezident bitkoinin strateji ehtiyatının yaradılmasında maraqlıdır. O, seçkiqabağı kampaniya zamanı bu barədə danışıb. Düşünürəm ki, cümə günü bu reallaşacaq", - nazir qeyd edib.

Onun sözlərinə görə, ilk "kriptosammit"də kriptovalyuta sahəsinin liderləri görüşəcək: "Prezident bitkoinin strateji ehtiyatına ehtiyac olduğuna əmindir. Digər kriptovalyutalarla bağlı müzakirələr də aparılacaq".

Seçilən
66
1
report.az

2Mənbələr