AZ

Arne Slot: “PSJ ötən mövsüm olduğundan daha güclüdür”

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 finalının səfərdə PSJ ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Son il yarım ərzində Luis Enrike PSJ-də əla iş görüb. Ondan bu barədə soruşmamışam, amma düşünürəm ki, o, müvəffəq olduqlarından məmnundur. Özü də söhbət komandanın yalnız nəticələrindən getmir, həm də oyunçuların tərəqqisindən gedir. Baxın, Usman Dembelenin indi necə oynadığını görün. Bu, təəssürat yaradır. Ötən mövsüm PSJ Çempionlar Liqasının yarımfinalında oynayıb, düşünürəm ki, bu komanda ötənilkindən müəyyənliklə daha yaxşıdır”, deyə Arne Slot rəqibi yüksək qiymətləndirib.

Niderlandlı mütəxəssis “Liverpul”un hal-hazırda Avropanın ən yaxşı komandası olması ilə bağlı əksər mütəxəssislərin rəyi haqda sualı isə belə cavablayıb:

“Mən düşünürəm ki, hal-hazırda Avropanın ən yaxşı komandası əvvəlki tək “Real”dır, çünki onlar ötən mövsümdə Çempionlar Liqasını qazanıblar. Mən düşünürəm ki, ən yaxşı komanda olmnız haqda car çəkməmişdən öncə, əvvəlcə yarışı qazanmaq gərəkdir”, – “Liverpool.com” dərgisi Slotdan sitat gətirir.

Hakim PSJ – “Liverpul” oyununun başlanğıc fitini martın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da səsləndirəcək.

Seçilən
35
arena.az

1Mənbələr