AZ

Özbəkistan və Gürcüstan Orta dəhlizin inkişafında əməkdaşlığı müzakirə ediblər

Daşkənd. Trend:

Özbəkistan və Gürcüstan Şərqlə Qərbi birləşdirən əsas marşrutkimi Orda dəhlizin strateji əhəmiyyətini qeyd ediblər.

Trend xəbərverir ki, bu barədə Gürcüstan xarici işlər naziri MakiBoçorişvilinin Özbəkistanlı həmkarı Bəxtiyar Saidovla keçirdiyigörüşdə danışılıb.

Nazirlər dəhlizin effektivliyi və ötürücülük qabiliyyətininartırılmasına hədəflənmiş nəqliyyat və logistika sahələrindəəməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını təsdiq ediblər. Bukontekstdə Gürcüstan və Özbəkistanın iqtisadi əməkdaşlıq üzrəhökümətlərarası komissiyasının yerli layihələrin təşviqindəoynadığı vacib rol vurğulanıb.

Ticarət və nəqliyyat infrastrukturu məsələləri ilə yanaşı,nazirlər təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığıngenişləndirilməsi perspektivlərini müzakirə ediblər, həmçininregional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda tərəflər Gürcüstan və Özbəkistan arasındatərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə hazırlıq ifadəediblər.

Qeyd edək ki, Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə vəŞərqi Avropadan keçməklə Çin və Avropa İttifaqı ölkələri arasındakonteyner-dəmiryolu yük daşımaları şəbəkəsini birləşdirir.

Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qaradənizdəki bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləəlaqələndirir.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr