AZ

“Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafı” layihəsi reallaşıb » AzadMedia.az


“Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafı” layihəsi çərçivəsində gələcək pedaqoqların biliklərinin təkminləşdirilməsi məqsədilə 2 günlük təlim təşkil edilib


3-4 Mart 2025-ci il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Biriyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Şərqdə Dayanıqlığın qurulması (BREN) təşkilatının dəstəyi və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı əsasında “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafı” layihəsi çərçivəsində gələcək pedaqoqların töhfəsinin artırılması və biliklərin təkmilləşdirilməsi məqsədilə gələcəyin müəlllimləri olan tələbələrə 2 günlük təlim təşkil edilmişdir.
Təlimdə universitetin müəllimlik ixtisası üzrə təhsil alan 40 tələbə iştirak etmişdir. Təlimin əsas məqsədi, gənc pedaqoqlara yalnız biliklər vermək deyil, eyni zamanda şagirdlər arasında davamlı inkişaf və iqlim dəyişiklikləri ilə bağlı şüurlu münasibət formalaşdırmağa hazır olan peşəkarlar kimi yetişdirməyi hədəfləyir. Bu layihə çərçivəsində pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün təşkil olunan treninq xüsusi əhəmiyyət kəsb edir, çünki bu, gələcək müəllimləri təhsil prosesinə yenilikçi yanaşmaları tətbiq etməyə hazırlayır.
Bu günkü qlobal çağırışlar, məsələn, iqlim dəyişikliyi və davamlı inkişaf prinsiplərinə riayət etmə ehtiyacı, gənc nəsilin bu məsələləri erkən yaşlardan başa düşməsini tələb edir. Xüsusi təlim keçmiş pedaqoqlar şagirdlərə bu mövzuları daha yaxşı öyrədə biləcək, ekoloji şüuru təhsil prosesinə daxil edəcək və gənclərdə gələcəkdə qlobal problemlərin həllinə töhfə verə biləcək bacarıqlar inkişaf etdirəcəklər.
Bundan əlavə, layihə qızlar üçün əhəmiyyətlidir, çünki onlara yalnız ətraf mühitin qorunması ilə bağlı dəyişikliklərin fəal iştirakçısı olmaq deyil, bu sahədə liderlər olma imkanı verir. Treninqdə iştirak, gələcək pedaqoqlara yalnız nəzəri biliklər deyil, həm də gənclərlə davamlı inkişaf və iqlim maarifləndirməsi kontekstində işləmək üçün praktik bacarıqlar verəcək.
Belə biliklərin məktəblərə inteqrasiyası, şagirdlərin təmkinli qərarlar qəbul etmələrini, planet və cəmiyyət qarşısında məsuliyyətlərini başa düşmələrini və həmçinin ekoloji və sosial məsələlərin həllinə fəal şəkildə qoşulmalarını təmin edən təhsil mühiti yaratmağa kömək edəcəkdir.

Layihə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransı çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan qızların davamlı inkişaf prinsipləri üzrə maariflənməsinin və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədini daşıyır. Beləki, dünyanın bir çox yerlərində qızların və qadınların bu məsələlərlə bağlı təhsili və məlumatlılığın məhdudluğunu nəzərə alınaraq yerinə yetirilir. Qızların davamlı inkişaf və iqlim məsələləri ilə bağlı maarifləndirilməsinin vacibliyi nəzərə alınaraq aparılır. Naxçıvanda MR-da fəaliyyət göstərən Qızlar Məktəbində təhsil alan qızlar layihə müddətində mühüm ekoloji problemlər haqqında məlumatlandırılmış, eyni zamanda müxtəlif ekoloji fəaliyyətlərə cəlb edilmişlər.
Seçilən
46
2
azadmedia.az

3Mənbələr