AZ

''Mədə Kiçiltmə Xərçəngə Səbəb Olur'' - ŞOK AÇIQLAMA!

‘’Piylənmə müasir cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Piylənmənin səbəbləri müxtəlifdir. Belə ki, düzgün həyat tərzi keçirməyən, stressdə olan, əsəbi insanlar və hormonal dərmanlar qəbul edən şəxslər piylənmədən əziyyət çəkirlər’’.
Bu sözləri həkim-dietoloq Ləman Süleymanova Ajans.az a açıqlamasında deyib.
O bildirib ki, bu vəziyyət son həddə çatdıqda isə insanlar sanki qəflət yuxusundan ayılaraq, artıq çəkinin nə qədər ciddi olduğunu anlamağa başlayırlar:


‘’Bəzən belə insanlar çəkilərindən qısa müddətdə azad olmaq istəyirlər və bu da onları yanlış metodlara yönləndirir.Təəssüf ki, sosial şəbəkələrdə həkim olmayan, ‘’mütəxəssislər’’ və özlərini dietoloq adlandıranlar profil yaradır, ucuz qiymətə marafonlar təşkil edərək insanları şirnikləndirirlər. Yalançı pəhrizlər paylaşır və buna aldanan insanlar qeyri-ciddi metodlarla kilo verməyə çalışırlar. 
Amma unutmamalıyıq ki, hər insan fərdi və individualdır. Yalançı pəhrizlərlə arıqlamaq mümkün deyil. Birinci olaraq pasiyentə psixoloji dəstək göstərilir, sonra piylənmə ilə bağlı analizlər aparılır və nəticəyə görə fərdi proqram təyin edilir. Lakin başqalarının dediyi pəhrizlərlə yalnız yalançı effekt əldə etmək mümkündür. Hətta, 1-2 kiloqram çəki atsaz belə, yenidən ikiqat kilo almaq mümkündür. Çünki bu, metabolizmi zəiflədir, qaraciyər və mədəaltı vəzə ciddi zərər verə bilər.
Bu səbəbdən, əsl mütəxəssisə müraciət etmək lazımdır. Arıqladıcı çaylar, zəhərli kokteyllər və dərmanlar insanın həyatına ciddi təhlükə yaradır, çünki onların tərkibində çox qorxulu maddələr mövcuddur. Bu maddələr narkotik tipli təsir göstərərək insanı asılı edir. Dəri qırışır, saç tökülür, dırnaqlar çürüyür, baş və sümük ağrıları yaranır. Arıqladıcı kokteyllərin tərkibində xərçəngə səbəb olan maddələr olduğu üçün, xüsusən kişilərdə cinsi zəiflik, qadınlarda isə yumurtalıqların funksiyalarının pozulması baş verə bilər’’.
Ekspert vurğulayıb ki, mədə kiçiltmə əməliyyatı qadağan edilməlidir:
‘’Çünki sağlam orqanı kəsmək, bədənə ciddi zərər verə bilər. ABŞ-da yalnız 200 kiloqramdan çox olan insanlar üçün bu əməliyyat sınaq olaraq tətbiq edilib. Ümumiyyətlə, arıqlamaq məqsədilə əməliyyat etdirmək təhlükəlidir. Mədə kiçiltmə əməliyyatı keçirənlərin çoxu 3-5 ildən sonra həyatını itirir.
Əgər çəkiniz normadan yalnız 3-5 kiloqram artıqdırsa, bu artıq həyəcan təbilidir. Buna görə də rejiminizə diqqət edin. Səhər yeməyini mütləq yeməlisiniz, çünki bu, gün ərzində enerjili olmağa kömək edir. Günorta yeməyindən sonra axşam yeməyini yüngülləşdirmək lazımdır, çünki axşam yeməyi həzmi ləngidir. Ümumiyyətlə, axşam yeməyinin orqanizmə heç bir xeyri yoxdur’’.

Seçilən
34
Doktorm.az

1Mənbələr