Transfer dönəmlərində adı tez-tez “Qalatasaray” ilə hallanan İlkay Gündoğan haqqında yeni transfer iddiası ortaya atılıb.
Offsideplus.az xəbər verir ki, “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq türk əsilli alman futbolçu ilə klub arasında daha 1 illik yeni anlaşma əldə olunacaq.
Məlumata görə, İngiltərə Premyer Liqası təmsilçisi ilə təcrübəli yarımmüdafiəçi arasındakı rəsmi danışıqlar müsbət irəliləyir və yaxın günlərdə razılaşmanın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2024/25 mövsümündə “Mançester Siti” forması ilə bütün turnirlərdə 38 oyuna çıxan 34 yaşlı futbolçu 2 qol və 2 asist ilə yadda qalıb.