AZ

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ATİAHİ-nin üzv təşkilatlarında tədbirlər keçirilib

Bu çərçivədə şəhər və rayon komitələri məktəblərdə sağlam həyat tərzini və idmanı təşviq etmək məqsədilə voleybol və şahmat idman növləri üzrə yarışlar təşkil ediblər.

“İki sahil” xəbər verir ki, keçirilən tədbirlər ittifaq üzvlərinin fiziki aktivliyini artırmaqla yanaşı, onlarda idmana marağı gücləndirmək, sağlam və rəqabətcil ruhu inkişaf etdirmək məqsədi daşıyıb.

Bu yarışlar və idman tədbirləri təhsil işçiləri arasında sağlam rəqabəti stimullaşdırıb, fiziki fəallığın əhəmiyyətini vurğulayıb və idmanın həyatımızdakı vacib rolunu bir daha ön plana çıxarıb.

Seçilən
42
ikisahil.az

1Mənbələr