Fransa Ukraynaya yardımını gücləndirməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə brifinqdə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima bildirib.
“Fransa müstəqil hərbi qüvvə kimi Prezidentin - Ali Baş Komandan, Baş nazir və Silahlı Qüvvələrin nazirinin göstərişi ilə Ukraynaya dəstəyi gücləndirməyə və resursları səfərbər etməyə hazırdır”, - o deyib.
Onun sözlərinə görə, "Paris Avropanın suverenliyinə zəmanət vermək məqsədi daşıyır".
“Bunun üçün potensialımızı gücləndirmək, strateji muxtariyyəti təmin etmək və müdafiəmizə daha çox sərmayə qoymaq lazımdır”, - deyə Prima bildirib.