Fransa prezidenti Emmanuel Makron Britaniyanın baş naziri Kir Starmer və Vladimir Zelenski ilə birlikdə Vaşinqtona gedəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Parisdə keçirdiyi brifinqdə respublika hökumətinin rəsmi nümayəndəsi Sofi Prima deyib.
"Prezident Makronun Zelenski və Böyük Britaniyanın baş naziri ilə yenidən Vaşinqtona getməsi planlaşdırılır", - deyə Prima konkret müddətləri qeyd etmədən bildirib.