Yaxın vaxtlarda qanunvericilik aktlarından birinin süni intellektin oxuya biləcəyi dilə çevirilməsi ilə bağlı parlamentdə layihə həyata keçiriləcək.
Axar.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
O qeyd edib ki, ötən sessiyalarda Milli Məclisdə süni intellektin qanunvericilik bazasında tənzimlənməsi məsələsi artıq qaldırılıb.