AZ

Paris təkzib edir – “Makron Zelenski ilə ABŞ-yə getməyəcək”

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə Vaşinqtona səfər etməyi planlaşdırmır.

7Times.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransa Prezident Administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Yelisey Sarayı daha sonra jurnalistlərə bildirib ki, Emmanuel Makronun Vaşinqtona yeni səfəri “hələ planlaşdırılmayıb”.

Qeyd edək ki, bundan az əvvəl Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima Parisdə keçirdiyi brifinqdə deyib ki, Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Volodimir Zelenskinin Amerika Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-yə birgə səfəri hazırlanır.

Seçilən
125
24
7times.az

10Mənbələr