AZ

Dünya çempionatında yenilik

FİFA 2026-cı il dünya çempionatının final matçının fasiləsində xüsusi şou poqram təşkil edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino danışıb.

O deyib: "Artıq deyə bilərəm ki, Nyu-Cersidə keçiriləcək DÇ-2026-nın finalında ilk dəfə fasilə zamanı şou proqram təşkil ediləcək. Bu, dünya çempionatı üçün xüsusi bir an və dünyanın ən böyük idman tədbirinə yaraşan şou olacaq".

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda yarışacaq. Mundiala ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr