AZ

Rusiya britaniyalı muzdluya 19 il həbs cəzası verib

Rusiya

Rusiya məhkəməsi Kursk vilayətində Ukrayna ordusu sıralarında döyüşən britaniyalı muzdlu döyüşçünü 19 il müddətinə azadlıqdan məhrum edib.

Reyting.az
Rusiya İstintaq Komitəsinə istinadla bildirir ki, 3-5 mart tarixləri arasında Kursk bölgəsində əsir götürülən ingilis muzdlu döyüşçü Ceyms Skott Rhys Andersona qarşı 2-ci Qərb Dairə Hərbi Məhkəməsində proses keçirilib.

İngiltərə vətəndaşı olan 22 yaşlı Andersonun Kurskda Ukrayna ordusunun tərəfində döyüşdüyü və cinayət törətdiyi bildirilən məlumatda qeyd edilir ki, müttəhim törətdiyi cinayəti etiraf edib və məhkəmə ona 19 il həbs cəzası verib.

Qeyd edək ki, Rusiyanın Kursk bölgəsində döyüşən ukraynalı əsgərlər arasında əcnəbi muzdluların da olduğu bildirilir.

E. KAMAL
Seçilən
36
reyting.az

1Mənbələr