AZ

Şimali Koreyada fəlakət – Pxenyan yardımları qəbul etmir

BAKI, TurkicWorld

Cənubi Koreya bu il ilk dəfə 1995-ci ildən bəri Şimali Koreyaya heç bir humanitar yardım göndərmədiyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi 2024-cü ildə nə dövlət, nə də özəl təşkilatlar tərəfindən Şimali Koreyaya hər hansı humanitar yardımın göstərilmədiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya ilk dəfə 1995-ci ildə güclü daşqınlardan sonra Şimali Koreyaya düyü yardımı göndərmişdi. Lakin 2024-cü ildə Şimali Koreyada baş verən daşqınlar və 1000-dən çox insanın həyatını itirməsinə baxmayaraq, Pxenyan beynəlxalq yardımları qəbul etməyib.

Cənubi Koreya Qızıl Xaç Cəmiyyəti Şimali Koreyaya yardım göndərməyi təklif etsə də, lider Kim Çen In bütün xarici yardımları rədd edib

Seçilən
29
turkic.world

1Mənbələr