AZ

Azərbaycanın bir sıra rayonlarında mövcud su şəbəkələri genişləndiriləcək

Bakı. Trend:

Azərbaycanın bir sıra rayonlarında ayrı-ayrı kəndlər üzrə mövcudsu şəbəkələri genişləndiriləcək.

Trend-in əldəetdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional SuMeliorasiya Xidməti müvafiq işlərə start verib.

Məlumata əsasən, mövcud su şəbəkəsinin genişləndirilməsi iləyanaşı, sayğacların quraşdırılması işləri də aparılacaq.

Sözügedən işlər Azərbaycanın 18 rayonu üzrə 39 kəndini əhatəedəcək.

Belə ki, qurum artıq qeyd olunan işlərin yerinə yetirilməsiməqsədilə tələb olunan polietilen boruların alınması ilə bağlıtender elan edib.

Dövlət xidməti sözügedən işlərin icrasının 895,5 min manata başagələcəyini proqnozlaşdırıb.

Seçilən
34
az.trend.az

1Mənbələr