AZ

Luis Enrike: “Liverpul”u ancaq bu yolla yenə bilərik”

PSJ-in baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/8 finalının evdə “Liverpul”la ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Liverpul”a necə qalib gəlməli? Bizə nəsə düşünüb-tapmaq, nəsə qondarmaq gərək deyil. Biz öz oyun baxışlarımıza sadiq qalmalıyıq, mövsümün əvvəlindən malik olduğumuz baxışlara – topa rəqibdən çox nəzarət etmək, çoxlu məqamlar yaratmaq və səmərəli surətdə müdafiə olunmaq.

“Liverpul” – son illərdə Avropanın ən yaxşı komandalarındandır. Onlar Çempionlar Liqasını 2019-cu ildə qazanıblar. Arne Slota Yurgen Klopun (Klopp) işini aşmaq çətin olub, amma ona, demək olar ki, mükəmməl bir komanda qurmaq müyəssər olub. Bu, həm də bizi öz səviyyəmizi nümayiş etdirməyə ilhamlandırır. Bizim göstəricilərimiz Avropanın digər yüksək səviyyəli komandalarından əskik deyil.

Oyun gərgin və çətin olacaq. Çoxsaylı güclü cəhətlərə malik komandalar qarşılaşıb oynayacaqlar. Bu, Avropada görə biləcəyiniz ən yaxşı oyunlardan biri olacaq”, deyə Luis Enrike həvəslə vurğulayıb.

Hakim PSJ – “Liverpul” oyununun başlanğıc fitini martın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da səsləndirəcək.

Seçilən
25
arena.az

1Mənbələr