AZ

40 yaşından sonra diqqət! Diş ağrısı, ürəkbulanma və həzmsizlik... Bu simptomlar nədən yaranır?

40 yaşından sonra diqqət! Diş ağrısı, ürəkbulanma və həzmsizlik...

Son illərdə gənc yaşlarda infarkt hallarının artması müşahidə olunur. Ürək xəstəliklərinin əsasən 65 yaşdan yuxarı insanlarda rast gəlindiyi düşünülsə də, 45 yaşdan aşağı şəxslərdə də risk sürətlə artır. Bu, sağlam həyat tərzini mənimsəməyin və ürək xəstəliklərinin ilkin əlamətlərinə diqqət etməyin vacibliyini göstərir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diş ağrısı, ürəkbulanma və həzmsizlik kimi simptomlar bəzən infarktın səssiz xəbərçisi ola bilər. Mütəxəssislər bu əlamətlərin nəzərdən qaçırılmamasını və vaxtında həkimə müraciət etməyin vacibliyini vurğulayırlar. Xüsusilə 40 yaşdan sonra risk artır, bu səbəbdən müntəzəm sağlamlıq yoxlamaları erkən diaqnoz üçün mühüm rol oynayır.

Ürək sağlamlığını qorumaq üçün mütəxəssislər az yağlı, şəkər və duzu məhdudlaşdıran pəhriz, eləcə də müntəzəm fiziki aktivlik tövsiyə edirlər. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək ürək sağlamlığını qorumağa kömək edir. Vaxtında tədbir görmək ürək xəstəliklərinin qarşısını almaqda həlledici amildir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
62
1
e-saglam.az

2Mənbələr