
Parlamentariləri Avropa İttifaqı (Aİ) liderlərini Macarıstanı səsvermə hüquqlarından məhrum etməyə çağırıblar.
Reyting.az xəbər verir ki, bu barədə “Politico” doqquz bənddən ibarət müvafiq planın mətninə istinadla yazıb.
Plan Budapeştin səsvermə hüququndan məhrum edilməsini, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Aİ-nin tamhüquqlu xarici işlər naziri təyin olunmasını təklif edir.
Bundan əlavə, Avropa Parlamenti ümumi Avropa ordusunun yaradılmasını və müdafiə səlahiyyətlərini daxil etmək və genişlənməyə hazırlaşmaq üçün Aİ müqavilələrinə yenidən baxılması imkanını təklif edəcək.
Onu da qeyd edək ki, bundan əvvəl “Politico” yazıb ki, Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq hərbi yardımın ayrılmasına mane olub. Böyük ehtimalla Macarıstan Aİ-nin müdafiəsini gücləndirmək öhdəliyinə sadiqdir, lakin Ukraynaya yardım paketinin qəti əleyhinədir.
Eyni zamanda, Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Ukraynanın Avropa İttifaqına qoşulması indi ağlasığmazdır. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması Macarıstanın milli iqtisadiyyatını məhv edəcək.
E. KAMAL