AZ

İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafı müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmamla görüşüb.

Görüşdə Azərbaycanın təşkilatla əlaqələrin güclənməsinə önəm verdiyi vurğulanıb, davamlı iqtisadi artıma nail olunması istiqamətində birgə təşəbbüslərin əhəmiyyəti qeyd edilib.

Tərəflər təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlərin gücləndirilməsi imkanları, ölkəmizin beynəlxalq quruma üzvlüyü çərçivəsində atılacaq addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparıblar.

Seçilən
24
1
vergiler.az

3Mənbələr