AZ

Dollarla bağlı MÜHÜM PROQNOZ: Ucuzlaşacaq?

Dollar ən çox kurs dəyişdirən valyuta növü olaraq dünya ölkələrini daim həyəcanda saxlamağı bacarır. Lakin son dövrlərdə dolların indeksində müəyyən qədər stabillik müşahidə olunur.


Halbuki dünya iqtisadiyyatçılarının sözlərinə görə, Trampın yenidən hakimiyyətə gəlməsi ilə dollarla bağlı dəyişikliklərin olması gözlənilirdi.


Bəs hazırda dünyada dollarla bağlı vəziyyət necədir?


İqtisadçı-ekspert Natiq Cəfərli “Referans”-a dolların indeksi ilə bağlı yaxın müddətdə gerçəkləşməsi gözlənilən yeni proqnozları açıqlayıb.




“Dolların möhkəmlənməsi bir neçə aydır davam edir. Dolların indeksi indi kifayət qədər yüksək səviyyədədir. Dollar həm avroya, həm funt sterlinkə qarşı olduqca yaxşı mövqedədir.  Bu Trampın atdığı addımlarla da əlaqəlidir. Bütün istehsalı, iqtisadi gücü yenidən Amerikaya qaytarmaq istəyir. Bu da dollara olar güvəni və təlabatı da artırır. Amma bu da ona gətirib çıxarır ki, Amerika istehsalı olan məhsulların dolların bahalaşması fonunda dünya bazarında olan rəqabəti zəifləyir. Bu isə Tramp və komandasını o qədər də məmnun etmir. Çünki onlar daha çox istehsal və daha çox ixracatı planlaşdırırlar”.


Ekspert düşünürəm ki, Federal Ehtiyyat Sistemi bir il ərzində mərhələli şəkildə uçot dərəcəsini endirməyə başlayacaq.


“Uçot dərəcəsini aşağı çəkdiqcə dolların indeksində yumşalmalar müşahidə oluna bilər. Yəni dollar digər valyutalar qarşısında ucuzlaşa bilər. Bu da ümumi strategiyaya uyğundur. Ucuz dollar daha çox istehsal daha çox ixracat deməkdir ki, bu gün Trampın komandası da bu çalışır”.

 

Fidan Vəlisoy

Seçilən
31
referans.az

1Mənbələr