Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə xüsusi ittihamçı Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat verib.
Bildirilib ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.
Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu il yanvarın 27-də keçirilən iclasında Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılması ilə bağlı qərar qəbul edilib.