Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
18.41
Bakının Xətai rayonunda yanğın olub.
APA xəbər verir ki, yanğın Nəcəfqulu Rəfiyev küçəsində yerləşən binada qeydə alınıb.
Əraziyə yangınsöndürənlər cəlb olunub.
Yaşayış olmayan binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.