AZ

Qazaxda idman festivalı keçirilib

Qazax, 5 mart, Vüsalə Cənnətova, AZƏRTAC

Qazax rayon Olimpiya-İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş festival keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, festivalda Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları ilə yanaşı, Qazax Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin rayon şöbəsinin və idman təşkilatlarının nümayəndələri iştirak ediblər. Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüş keçirərək İdman Fondunu təsis edib və bədən tərbiyəsi ilə idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Uğurlu idman siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idmanın inkişafı istiqamətində mühüm addımlar atılır, idman kompleksləri və zalları inşa olunur, idmançıların yüksək səviyyədə məşqləri üçün hər cür şərait yaradılır. 2026-cı ildə Qazax rayonunun Azərbaycanın "İdman Paytaxtı" seçildiyi vurğulanıb.

Tədbir zamanı müxtəlif idman növləri üzrə respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş idmançılar, məşqçi-müəllimlər və bədən tərbiyəsi sahəsinə dəstək verən şəxslər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.

Festival çərçivəsində sərbəst güləş, cüdo, ağırlıqqaldırma, boks, karate, qol güləşi, şahmat, stolüstü tennis və basketbol üzrə nümunəvi çıxışlar nümayiş olunub.

 

Seçilən
39
1
azertag.az

2Mənbələr