AZ

“Kəpəz” “Neftçi”ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Kəpəz” Tovuzda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Bakılılar növbəti qələbə arzusunda olsalar da, görüşün yekununda 3 xala sevinən tərəf “Kəpəz” olub.

Turun əvvəlki oyunlarında “Sabah”la “Araz-Naxçıvan” “sülh bağlayıblar”sa (2:2), “Səbail” “Şamaxı”ya, “Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” da “Zirə”yə oxşar hesabla (0:2) uduzub.

Azərbaycan Premyer Liqası
25-ci tur
5 mart

“Kəpəz” – “Neftçi” 1:0
Qol: Şevroni Mabatşoev, 50.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
Tovuz şəhər stadionu, 17:00.

Seçilən
43
qafqazinfo.az

1Mənbələr