AZ

“ABŞ-də 115 yaşı olan şəxslərə 333 milyon dollar kredit verilib” – DOGE


“ABŞ Kiçik Biznes Administrasiyası, hökumətin məlumatlarına görə, yaşı 115-dən yuxarı olan insanlara iki il ərzində ümumi məbləği 333 milyon dollar məbləğində kreditlər verib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iş adamı İlon Maskın nəzarəti altında olan ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) məlumat yayıb.
“2020-2021-ci illərdə ABŞ Kiçik Biznes Administrasiyası hələ də Sosial Müdafiə İdarəsinin məlumat bazasında yaşayan 115 yaşdan yuxarı borcalanlara 333 milyon dollar dəyərində 3,095 kredit verib. Bir halda, 157 yaşlı kişi 36 min dollar borc alıb”, - hesabatda deyilib.
Qeyd edək ki, fevral ayında Mask ABŞ-nin Sosial Müdafiə məlumat bazasında 120-369 yaş arası bir neçə milyon insanın olmasına diqqət çəkib.
Seçilən
45
yeniavaz.com

1Mənbələr