AZ

Ticarət dövriyyəsi 9,1% artıb



Ötən ilin yekunlarına görə, Qazaxıstanda ticarətin həcmi 9,1% artıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu sektora 884,6 milyard tenge (1,7 milyard dollar) investisiya cəlb edilib. Bu da 2023-cü illə müqayisədə 14,6% çoxdur.

Daxili ticarət dövriyyəsi də 14,1% artaraq 69,6 trilyon olub. Bunun 47,2 trilyon tenge (95 milyard dollar) topdansatış, 22,4 trilyon tenge (45 milyard dollar) isə pərakəndə ticarətdən əldə edilib.

Ötən il Qazaxıstanın xarici ticarət dövriyyəsi 1141,4 milyard tenge təşkil edib ki, bu da 2023-cü illə müqayisədə (139,8 milyard dollar) 11,6 milyard çoxdur. Ticarət balansı 3 3,1 milyard tenge (artım 16%) artaraq 2 21,8 milyard tenge təşkil edib.

2023-cü ildəki 36,3 milyard dollarla müqayisədə mal və xidmətlərin qeyri-xammal ixracı 10,7% artaraq 440,2 milyard dollara çatıb.

Mehman Mehdiyev
Seçilən
32
newscenter.az

1Mənbələr