AZ

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Rusiya səfirinin etimadnaməsinin Moldova Prezidenti Maya Sandu tərəfindən qəbul edilməməsinin izahının tələb olunduğu şifahi nota verilib.

Moldova səfiri Lilian Dariya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, ona Rusiya səfirinin etimadnaməsinin Moldova Prezidenti Maya Sandu tərəfindən qəbul edilməməsinin izahının tələb olunduğu şifahi nota verilib.

"Moldova Prezidentinin 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya Federasiyasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Oleq Ozerovun etimadnaməsini hələ də qəbul etməməsinin diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olduğu ifadə olunub", - XİN-dən qeyd olunub.

Seçilən
28
6
operativmedia.az

10Mənbələr