Bişkek.Trend:
Qırğızıstanın klassik əsərləri Azərbaycan dilinə tərcüməolunacaq
TrendQırğızıstan XİN-ə istinadən xəbər verir ki, belə bir qərarQırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanovla AzərbaycanYazıçılar İttifaqının sədri Anar Rzayev arasında keçirilən görüşdəqəbul olunub.
“Tərəflər iki ölkə arasında ədəbi əlaqələrinmöhkəmləndirilməsinə yönəlmiş əməkdaşlıq perspektivlərini müzakirəediblər. Vacib nəticələrdən biri də iki ölkənin oxucuları arasındasonrdan təbliğ olunmaları üçün Azərbaycan və Qırğızıstan dillərinətərcümə olunmaları məqsədilə Qırğızıstan və Azərbaycanın əsasklassik əsərlərindən ibarət siyahıların mübadiləsi olub”,-nazirliyin məlumatında qeyd olunur.
Görüş səfirliyin təşəbbüsü ilə hökumətlər arasında 2024-2029-cuillər üçün əməkdaşlıq proqramı çərçivəsində keçirilib. Görüşünsonunda tərəflər iki xalqın mədəni irsinin qorunub saxlanılması vətəbliği istiqamətində səylərini davam etdirmək eləcə də oxucular vətədqiqatçılar üçün yeni imkanlar yaratmaq niyyətlərinitəsdiqləyiblər.