AZ

Uşaqların internetdə keçirdiyi vaxta nəzarət edən vahid dövlət nəzarəti sistemi yaradılacaq



Qazaxıstanda uşaqların internetdən istifadə etdiyi vaxta dövlət səviyyəsində nəzarət etməyi nəzərdə tutan sistem yaradıla bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, belə bir təşəbbüslə Qazaxıstan parlamentinin deputatı Jarkinbek Amantayuli çıxış edib.

Bildirib ki, 4-6 yaşlı uşaqların 17 faizi internet vasitəsilə əşyalar alır:

"Sözsüz ki, bu, valideynlər üçün maddi itkilərə səbəb olmaqla yanaşı, həm də uşaq üçün təhlükə yaradır. İndi Cənubi Koreya və Kanadada müasir cihazlara aludə olanlara kömək etmək üçün onlarla reabilitasiya mərkəzləri açılıb. İnternetdən asılı olanlar psixoloji, fiziki və sosial çətinliklərlə üzləşirlər", - deyə Amantaliss bildirib.

Deputat qeyd edib ki, biz ölkənin gələcəyini, gənc nəslin rifahını düşünürüksə, indidən konkret qərarlar qəbul etməliyik:

"Yəni, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qanunla tənzimləməliyik"..

Anar Əliyev
Seçilən
20
newscenter.az

1Mənbələr