Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir SənayeParkında indiyədək 326 milyon manatlıq məhsul satışı həyatakeçirilib.
Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.
Məlumata görə, bunun 84%-dən çoxu, yəni 276,6 milyon manatlıqhissəsi ixrac edilib.
Bildirilib ki, Sənaye Parkında görülmüş işlərə ümumilikdə 159milyon manat investisiya yatırılıb, 570 nəfər daimi işlə təminedilib.
Qeyd edək ki, Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstilvə yüngül sənayenin inkişaf etdirilməsidir.
Park Dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı iləyaradılıb.