AZ

Belarus məhsulu ABŞ-da ilin qalibi elan edilib

Belarus

Belarusda istehsal olunan "Luç" brendinə aid "Speed" saatları kolleksiyası ABŞ-da keçirilən beynəlxalq dizayn müsabiqəsinə qatılmaqla, "NY Product Design Awards" 2024-cü ilin qalibi olub. Bu barədə Minsk Saat Zavodunun mətbuat xidməti məlumat yayıb.

Reyting.az
bildirir ki, bu nüfuzlu müsabiqə dünyanın müxtəlif yerlərindən müxtəlif sahələrdə innovativ, funksional həllər hazırlayan dizaynerləri bir araya gətirir.

Ümumi qiymətləndirməyə, rəylərə görə, həqiqətən də "Speed" kolleksiyasındakı saatlar qəşəng, cəlbedici təsir bağışlayıb və kifayət qədər funksionaldır.

Bu qara siferblatlı, dəri qayışlı mexaniki saatın həm də yapon hərəkatı sistemi - "82S5 Miyota" və sapfir əks etdirməyən şüşə ilə paslanmayan polad korpusu var. Saatın suya davamlılığı isə tam "5 bar." həcmindədir.

Onu da qeyd edək ki, Belarusda istehsal edilmiş digər saat brendi də bu yaxınlarda "Beynəlxalq Alman Dizayn Mükafatları 2025" mükafatına layiq görülüb.

Oqtay QORÇU
Seçilən
19
reyting.az

1Mənbələr