AZ

Politoloq: “Sülh Fondu da Ermənistanın silahlanmasında yaxından iştirak edir”

Avropa İttifaqı Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa Sülh Fondundan Ermənistana ikinci, ölümcül olmayan yardım tədbiri ilə bağlı Şuraya təklif təqdim edib.

Məsələ ilə bağlı politoloq Mətin Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının rəsmsinin təsdiqlədiyi kimi, artıq Ermənistana yeni maliyyə tranşının ayrılması gözlənilir: 

“Əlbəttə ki, bu ondan xəbər verir ki, Avropa İttifaqı son illərdə həyata keçirdiyi Ermənistan mərkəzi siyasətini davam etdirmək niyyətindədir. Hətta, son zamanlarda bir Sülh Fondu da yaradıblar. Paradoksal haldır ki, bu Sülh Fondu da Ermənistanın silahlanmasında yaxından iştirak edir. 

Avropa İttifaqının son illərdə həyata keçirdiyi siyasətinin bir tərkib hissəsi kimi bu qərarı qəbul edirəm. Avropa İttifaqının son illərdəki strategiyasını ümumi olaraq dəyərləndirsək, qeyd etmək olar ki, tamamilə Ermənistan mərkəzli bir siyasətdir. Post-münaqişə problemlərinə ədalətsiz, qələzli yanaşmadır. Avropa İttifaqı bütün vasitələrlə Ermənistanı müdafiə edir. Yəni bu, təbii ki, Azərbaycan cəmiyyəti, dövlət tərəfindən qəbul edilə bilməz.  Avropa İttifaqı rəsmlərinin belə mövqeyi Azərbaycanla bu qurum arasında münasibətlərə ciddi sürətdə xələl gətirir”.


Leyla Turan
Demokrat.az
Seçilən
55
demokrat.az

1Mənbələr