"Milan"ın ulduzu iki klubun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Barselona" və "Liverpul" Rafael Leaonu heyətinə qatmaq istəyir. Bu barədə "Team Talk" məlumat yayıb.

"Rossonerilər" futbolçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Leao 2024/25 mövsümündə "Milan" forması ilə 38 oyuna çıxıb və 10 qola, 8 məhsuldar ötürməyə imza atıb.